İspaniyanın "Malyorka" klubu cərimələnib.

Offsideplus.az  xəbər verir ki, La Liqanın XXVIII turunda "Barselona" ilə ev matçında meydana azarkeş daxil olduğuna görə klub 301 avro məbləğində cərimə ödəməli olacaq.

Stadionlara azarkeşlərin buraxılması qadağan olduğu üçün "Malyorka"ya əlavə sanksiyalar da tətbiq edilə bilər.

Qeyd edək ki, qarşılaşma "Barselona"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.