İspaniya La Liqasının 28-ci turunun matçında "Real" "Eybar"a 3:1 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, bu, baş məşqçi kimi Zinəddin Zidanın 90-cı qələbəsi olub. O, bu göstərici ilə sələflərindən biri Leo Benhakkeri (89) qabaqlayıb.

Zidan indi yalnız Miqel Munyosdan (257 qələbə) geri qalır.

"Real" Zidanın rəhbərliyi altında 200 matç keçirərək, 132 qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub. Fransız klubu 10 mükafat, o cümlədən ardıcıl olaraq Çempionlar Liqasının üç kubokunu əldə edib. Madrid təmsilçisinin tarixində yalnız iki məşqçi - Migel Munyos (605) və Visente del Boske (246) 200-dən çox matçda iş başında olub.

Qeyd edək ki,İspaniya La Liqasında 28 matçda 59 xal toplayan "Real" ikinci yerdədir və lider "Barselona"dan 2 xal geri qalır.