Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimi mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Real"a qayıdacaq.

Offsideplus.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi "kral klubu" ilə sözləşmə müddətini artıracaq.

Hakimi gələn ilə qədər olan anlaşmasını 2025-ci ilin yayına qədər uzadacaq. "Borussiya" onu saxlamaq istəsə də, mərakeşli cinah oyunçusu özü "Real"a qayıdacağını açıqlayıb.

Qeyd edək ki, Əşrəf Hakimi bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 8 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.