"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferində israrını davam etdirir.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu A Seriyası təmsilçisinə argentinalı forvard üçün müdafiəçi Junior Firpo və 80 milyon avro təklif edib. Rəhbərlik Martinesə isə illk 12 milyon avro maaş verəcək.

Futbolçunun müqaviləsində 111 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. “İnter” daha əvvəl yalnız bu rəqəm ödəniləcəyi halda futbolçunun klubdan ayrılmasına icazə veriləcəyini bildirib.

22 yaşlı hücumçunun İspaniyada oynamaq istəməsi transferin reallaşma ehtimalını artırır. Danışıqlar davam edir.