İspaniya çempionatında 2020/2021 mövsümünün başlayacağı tarix açıqlanıb.

Offsideplus.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, yeni mövsümün sentyabrın 12-də başlaması planlaşdırlır. Qurum rəhəbəri bununla yanaşı, koronavirus pandemiyası səbəbindən dayandırılan cari çempionatın iyunun 11-də bərpa olunacağını təsdiqləyib.

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real”ın 56 xalı var.