Futbol üzrə İspaniya Sequndası Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete"nin matçı ilə bərpa olunacaq.
Offsideplus.az "Mundodeportivo"ya istinadən xəbər verir ki, komanda XX turdan təxirə salınmış "Rayo Valyekano" ilə səfər görüşünə çıxacaq.
Qarşılaşma 15 dekabr 2019-cu ildə təxirə salınıb. Həmin vaxt matçın ilk yarısı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Fasilədən sonra isə "Albasete" meydana çıxmaqdan imtina edib. Səbəb Roman Zozulyanı yerli fanatların təhqir etməsi göstərilib. Onlar Zozulyanı Ukrayna ordusuna dəstək verdiyi üçün nasist adlandırıblar.
İyunun 11-də və ya 12-də matçın ikinci yarısı oynanılacaq.
Qeyd edək ki, görüşün 45-ci dəqiqəsində İsrafilov qırmızı vərəqə alaraq meydandan qovulub, bu səbəbdən "Albasete" meydana 10 nəfərlə çıxacaq.