Madrid "Real"ının serbiyalı futbolçusu Luka Yoviç zədələnib.

Offsideplus.az xəbər verir ki, o, koronavirus səbəbindən evdə məşq zamanı ayağından zədə alıb. Onun sağ ayaq sümüyündə sınıq aşkarlanıb.

22 yaşlı hücumçunun bərpa müddəti barədə məlumat verilməyib.