İspaniyanın “Real” klubu Lukas Ernandesi transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, madridlilər Almaniya “Bavariya”sında çıxış edən müdafiəçini bu yay heyətində görmək niyyətindədir.

“Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan artıq Lukasla əlaqə saxlayaraq onu komandasında görmək istədiyini bildirib. Futbolçu hələ “Atletiko”da oynadığı vaxt “Real”ın transfer siyahısında olsa da, həmin vaxt “Bavariya”ya keçidə üstünlük vermişdi.

Qeyd edək ki, ötən yay 80 milyon avroya transfer olunan fransalı müdafiəçi Bundesliqada 11 oyun keçirib.