İtaliya milli komandasının və "Real Madrid"in keçmiş müdafiəçisi Fabio Kannavaro gələcəyi barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Quanzzhou Evergrande"nin baş məşqçisi ən böyük arzusundan bəhs edib.
“Əgər futbol məşqçisi olmaq qərarı vermisənsə, zirvə haqqında düşünməlisən. Zirvə isə "Real Madrid", İtaliya milli komandası və ya digər böyük Avropa klubudur. Bir gün "Kral"ın baş məşqçisi olmaq üçün öz üzərimdə çalışıram və ümid edirəm ki, bunu bacaracam".