La Liqa prezidenti Xavyer Tobes maraqlı açıqlama ilə diqqət çəkib.

 Offsideplus.az xəbər verir ki, o, klublar üçün transfer məsələsinin hazırda ikinci dərəcəli olduğunu deyib:

"Barselona"nın bu iki futbolçu üçün transfer danışıqları apardığı barədə xəbərlər həqiqətdən uzaqdır. Bütün klublar pandemiya dövründən daha az zərərlə çıxmaq variantları üzərində çalışır. İndi hər şey təxirə salınıb. Neymar və Lautaro olmaz. "Barselona"nın indiki halda bu transferləri reallaşdırması mümkün deyil".

Digər tərəfdən "Liqa 1"in yuayım hüququnu əldə edən "Mediapro"nun rəhbəri Jayme Roures də Neymarın PSJ-də qalacağını bildirib. Çünki "Barselona" da daxil heç bir klub mövcud şərtlər altında belə risk etməz.