“Barselona” klubu futbolçusu Nelson Semedonun transfer dəyərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı müdafiəçiyə 45 milyon avro qiymət qoyub.

Qeyd edək ki, “Barselona” ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Semedonun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.