“Barselona” ev oyunlarının azarkeşlərlə keçirilməsi ehtimalı ilə bağlı araşdırmalar aparıb.
Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisinin hazırladığı sənəddə iki variant yer alıb.
İlk variant hadisələrin yaxşı axarı üçün hesablanıb. Cari mövsüm iyunun 15-də bərpa olunub avqustun ortalarınadək davam etsə oyunlar azarkeşsiz keçiriləcək. “Nou Kamp”ın azarkeşləri qəbul etməsi üçün ən yaxın tarix noyabrın 15-i hesab olunur.
İkinci variantda isə oyunların 2021-ci ilin fevralınadək azarkeşsiz keçirilməsi planlaşdırılır. Bu ssenaridə bütün turnirlər bərpa olunmadan başa çatacaq, transfer dövrü avqustun 15-dən yeni mövsümün start götürəcəyi tarix - sentyabrın 15-dək davam edəcək.