London “Arsenal”ının ulduz futbolçusu Aleksandr Lyakazett karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı fransalı hücumçu “Atletiko”nun transfer hədəfindədir.

Madrid təmsilçisinin Lyakazetti komandadan ayrılması gözlənilən Dieqo Kostanın əvəzləyicisi kimi gördüyü bildirilir. Kostanın “Atletiko”dan ayrılacağı təqdirdə klubun fransalı futbolçu üçün hərəkətə keçəcəyi qeyd edilib.

Qeyd edək ki,  Lyakazettin klubla müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.