“Barselona” klubunun futbolçusu Nelson Semedo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, “Mançester Siti” və “Tottenhem” klubları 26 yaşlı portuqaliyalı oyunçunun xidmətində maraqlıdır.

 Kataloniya təmsilçisi də Semedo ilə müqaviləni uzatmaq istəyir. Lakin tərəflər razılığa gələ bilməyiblər. Bu səbəbdən də onun İspaniyadan ayrılacağı deyilir. 26 yaşlı müdafiəçi Pep Qvaridola ilə çalışmağa müsbət yanaşır. Futbolçunun “Barselona” ilə sözləməsi 2022-ci ildə başa çatır.