“Atletik” klubu da koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün maaşları azaltmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, əsas komandanın üzvləri və məşqçilər heyəti məvaciblərin azaldılmasına razılaşıb.
Klub mövsüm tamamlanmasa, məvacibləri 17 faiz, oyunlar azarkeşsiz keçirilsə, 6 faiz azaldacaq.