“Barselona” rəhbərliyi İvan Rakitiçi satmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi xorvatiyalının satışından əldə edilən pulu Lautaro Martinesin transferində istifadə etmək istəyir. Rakitiç "Atletiko”nun maraqlı dairəsindədir.
Qeyd edək ki, Rakitiçin gələcək karyerası barədə qərar vermədiyi bildirilir. O bir neçə gün əvvəl verdiyi açıqlamasında karyerası ilə bağlı qərarı özünün verəcəyini deyib.