“Real”ın müdafiəçisi Marselo kumiri Roberto Karlos haqda danışıb
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu həmyerlisi haqda müsbət fikirlər səsləndirib.
Madrid klubuna ilk gəlişini xatırladan Marselo həmin vaxt ən böyük dəstəyi məhz Karlosdan gördüyünü bildirib: “2007-ci ildə “Real”a keçəndə məni daha çox Karlosun davranışı təəccübləndirmışdi. O, ilk andan məndə xoş təəssürat formalaşdırdı. Təsəvvür edin ki, kumirinizin oynadığı bir kluba keçirsiz və o sizi əla qarşılayır. Halbuki biz eyni mövqedə çıxış edirdik və “Real”a Karlosu əsas heyətdən çıxarmaq üçün gəlmişdim. Buna baxmayaraq, Roberto mənə və yaxınlarıma öz ailəsi kimi davranırdı. İlk gündən nömrəsini verib, hər hansı problemlə üzləşsəm, ona zəng etməyimi tapşırdı. Karlos indi də mənə öz məsləhətlərini verir”.