“Sevilya” klubu da futbolçularının maaşını azaltmağa qərar verib.

Offsideplus.az  xəbər verir ki, La Liqa təmsilçisi koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün bu addımı atıb. 

Klub, futbolçuların və məşqçi heyətinin məvacibini 70 faiz azaltdığını bildirib. Qərarın klubun idarəçilərinə də aid edildiyi açıqlanıb.