İspaniyanın “Barselona” klubu hücumçusu Antuan Qrizmannla yolları ayırmayacaq.

Offsideplus.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilk mövsümdə komandaya uyğunlaşmayan fransız futbolçuya daha bir il şans verilməsini düşünür. Qrizmannın özünün də klubda qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı Qrizmannın gözlənilən oyunu sərgiləmədiyi üçün göndəriləcəyini yazmışdı. İngiltərənin "Mançester Yunayted" klubunun 29 yaşlı fransalını transer edəcəyi də iddialar arasında idi.