İspaniyalı məşqçi Françisko Qarsiya koronavirusdan dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı çalışdırıcı Malaqa şəhərinin "Atletiko Portada Alta" klubunun aşağı yaş qrupları ilə işləyirdi. Françisko Qarsiya qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi.
Koronavirus testi pozitiv çıxan məşqçi bazar günü dünyasını dəyişib. Klubun rəsmi "twitter" hesabı çalışdırıcının ailəsinə baş sağlığı verib.