“Alaves” klubunda iki nəfər koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, virusa yoluxanların hər ikisinin klubun texniki heyətinin üzvü olduğu bildirilib. Sözügedən şəxslərin vəziyyətinin yaxşı olduğu, komandanın digər üzvlərinin testdən keçiriləcəyi qeyd olunub.
Nəticələr bilinənədək komandanın məşqləri təxirə salınıb.