"Real” yayda Zinəddin Zidanı istefaya göndərə bilər.

Offsideplus.az "The Independent”ə istinadən xəbər verir ki, Zidanın bir neçə futbolçu və klub prezidenti ilə münasibətləri qaydasında deyil. Rəhbərlik bu səbəbdən yayda onunla yolları ayırmağı planlaşdırır. Zidanı Mouritsio Poçettinonun əvəz edəcəyi bildirilir.
Məlumata görə, "Real”ın rəhbərliyi onunla əlaqə yaradaraq müəyyən müzakirə aparıblar.

Qeyd edək ki, Zidan "Real”a 2019-cu ildə qayıdıb. Poçettino "Tottenhem”dən 2019-cu ilin noyabrında istefaya göndərilib.