İspaniya La Liqasının 25-ci turunda "Barselona" "Eybar"ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, oyundan əvvəl açıqlama verən "Eybar"ın baş məşqçisi Mendilibar Messi barədə danışıb: "Məncə, Messi istirahət etmir. O, bilir nə vaxt oynamaq, nə vaxt da istirahət etmək lazımdır. Ona istirahət veriləndə, tribunadan özünü pis hiss edəcək və daha da yorğun olacaq. Messinin istirahət etdiyinə inanmıram. Bir dəfə "Osasuna"da olduğum vaxt, Kubok oyunu günü Messi iştirak ərizəsinə salınmamışdı. Onun mədəsi ağrıyırdı, hərarəti var idi. Sonradan bildik ki, oyuna çağırılıb. Sadəcə ehtiyatda yer almışdı. Görüşdə artıq 2-0 uduzuruq, bir də görürəm Messi isinmə hərəkətlərinə başlayıb. Oyuna daxil olduqdan sonra 2 qol vurub, hesabı 4-0 etmişdi".

Qeyd edək ki, "Barselona" - "Eybar" matçı 22 fevral saat 19:00-da başlayacaq.