Madrid "Real"ı "İnter" klubunun əsas futbolçularından biri Lautaro Martinesi sıralarına qatmaqda israrlıdır.

Offsideplus.az "TyC Sports"a istinadən xəbər verir ki, İspaniya təmsilçisinin baş məşqçisi Zinəddin Zidan argentinalı futbolçunu öz sərəncamında görmək istəyir. "Kral" klubu 22 yaşlı hücumçu üçün 111 milyon avro dəyərində sərbəst qalma məbləği ödəməyə hazırdır. Futbolçunun özünün də "Real"a keçmək istəyində olduğu bildirilir. Əgər keçid baş tutarsa, bu, argentinalı futbolçular arasında ən bahalı transfer olacaq.

2018-ci ildə "Rasinq"dən "İnter"ə transfer edilən futbolçu çıxdığı son 28 oyunda 16 dəfə rəqib qapılarına yol tapıb.