“Arsenal”dan ayrıldıqdan sonra işsiz olan Unay Emeri karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis yenidən “Sevilya”nın “sükanı arxasına” keçə bilər. İspaniya klubu hazırkı çalışdırıcısı Xulen Lopeteqi ilə yollarını ayırmağı düşünür. Onu bu postda klubun sabiq baş məşqçisi Emeri əvəzləyə bilər.
Qeyd edək ki, Emeri 2013-2016-cı illərdə “Sevilya”nı çalışdırıb.