"Barselona" klubu yeni transferə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə "Uotford"a məxsus olan və icarə əsasında "Saraqosa"da çıxış edən Luis Suareslə razılıq əldə etməyə yaxındır.

22 yaşlı hücumçu "Barselona"nın futbolçusu Luis Suaresin əvəzedicisi kimi görülür.

Qeyd edək ki, futbolçu "Saraqosa" forması ilə 25 oyunda 14 qol vurub və 3 qolun ötürməsini verib.