“Lokomotiv” klubu futbolçusu Fyodr Smolovu icarəyə verib.
Offsideplus.az xəbər verir ki, Rusiya millisinin üzvü bu ilin yayına qədər “Selta”da çıxış edəcək. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, 29 yaşlı hücumçu bu mövsüm “Lokomotiv”də 19 oyuna 4 qol vurub, 4 məhsuldar ötürmə edib.