Kike Setienin İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçi təyin edilməsi təsdiqlənib. 

Offsideplus.az klub rəsmi saytına istinadla xəbər verir ki, 62 yaşlı ispan mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalayıb. O, baş məşqçi kimi istefaya gönndərilən Ernesto Valverdeni əvəz edəcək.

Kikenin son rəhbərlik etdiyi futbol klubu “Betis” olub.

Qeyd edək ki, 19 turda 40 xal toplayan “Barselona” çempionat turnirində birinci pillədə qərarlaşır.