İspaniyanın “Barselona” klubu Ernesto Valverdeyə əvəzləyici tapıb.

Offsideplus.az RAC1-ə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran keçmiş futbolçusu Xavini baş məşqçi postuna gətirməyi planlaşdırır.  Klub rəhbərliyi Dohada 39 yaşlı mütəxəssislə görüşərək ona 2 illik müqavilə təklif ediblər.

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə “Barselona”nın şərəfini qoruyub.