"Real"ın yarımmüdafiəçisi Luka Modriç karyerasını MLS liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Di Si Yunayted" 34 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq fikrindədi. Vaşinqton təmsilçisi Xorvatiya millisinin kapitanı ilə artıq danışığa başlayıb. Onlar Modriçin yayda ABŞ-a köçməsini istəyirlər.
Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti yayda bitəcək.