Kataloniya Superkubokunun qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, həlledici matçda "Barselona" və "Espanyol" qarşılaşıb. Əsas vaxtda qapılara qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyyənləşib. Burada daha dəqiq olan Ernesto Valverdenin komandası 4:2 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.

Qeyd edək ki, Kataloniya Superkuboku 2014-cü ildən hər 2 ildən bir keçirilir.