Sabah İspaniya La Liqasının X turundan təxirə salınmış "Barselona" və "Real Madrid" matçı keçiriləcək.

Offsideplus.az xəbər verir ki,  hər 2 klub oyun öncəsi stadiondan 750 metr aralıda yerləşən eyni oteldə qalacaq. Komandalar oyun günü oteldən 2 ayrı avtobusla çıxacaqlar. Onları 12 polis avtomobili müşayiət edəcək. 

Oyunda təhlükəsizlik xidmətinin 3000 əməkdaşı çalışacaq.

Xatırladaq ki, dekabrın 18-də "Kamp Nou" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.