İngiltərə klublarının maraq dairəsində olduğu deyilən Xames Rodriqes “Real”dan ayrılmaq istəmir.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu “Real”da qalaraq baş məşqçi Zinəddin Zidanın güvənini qazanmaq üçün çalışacaq.

28 yaşlı futbolçunun “Real”la 2021-ci ilədək müqaviləsi var və o, cari mövsümdə 9 oyuna çıxaraq, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Rodriqeslə “Arsenal”, “Mançester Yunayted” və “Çelsi” klublarının  maraqlandığı iddia olunur.