İskonun “Real”ı tərk edəcəyi ilə bağlı yeni məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, İskonun İngiltərə Premyer Liqasında çıxış edəcəyi gözlənilir. Onunla “Çelsi” ciddi maraqlanır.

İngiltərə mətbuatının iddiasına görə, İsko sabiq komanda yoldaşı Alvaro Moratanın dəstəyindən yararlanır. Moratanın artıq Londonda İsko üçün mənzil axtarışına başladığı da bildirilir.

Fevralın əvvəlində İsko ilə “Real” rəhbərliyi arasında münaqişə yaşandığı barədə məlumat yayılmışdı. İsko bir neçə komanda yoldaşının davranışından və baş məşqçi Zinəddin Zidanın formada olmayan futbolçulara güvənməsindən şikayətlənmişdi.

27 fevralda isə məlumat yayılmışdı ki, “Espanyol”a məğlubiyyətdən (0:1) sonra İsko paltardəyişmə otağında Serxio Ramosla mübahisə edib.