Bu mövsümdə La Liqada ən dəqiq ötürməni “Real”ın yarımmüdafiəçisi Toni Kroos edib.
Offsideplus.az xəbər verir ki, 2019/20 mövsümündə ən azı 250 ötürmə edən futbolçular arasında Kroosun dəqiq ötürməsi 93,2 faiz təşkil edir ki, bu da ən üstün göstəricidir.
İkinci yeri “Barselona”dan Frenki de Yonq (91,96 faiz), üçüncü yeri isə “Real Sosyedad”dan Roben Le Norman (91,44 faiz) tutur.