“Barselona” bir oyunda iki oyunçusunu itirib.

Ofssideplus.az xəbər verir ki, müdafiəçi Nelson Semedo dünən La Liqanın 25-ci turunda “Jirona”ya qarşı oyunda (6:1) zədələnib.

Tibbi müayinədən sonra portuqaliyalı futbolçunun sol ayaında diz bağlarının zədəsi aşkarlanıb. Semedo 5 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bununla da 24 yaşlı müdafiəçi 1/8 finalda “Çelsi” ilə cavab oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, həmin matçda Jerar Pike də sıradan çıxıb.

5a92a94de896f.jpg