"Atletiko" ciddi itki ilə üzləşib.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, hücumçu Alvaro Morata dizindən xəsarət alıb.

Belə ki, 26 yaşlı forvard məşq zamanı zədələnib. Dizində ağrılar hiss edən futbolçu məşqi yarımçıq tərk edib və dərhal onun müayinəsinə başlanıb. İlkin ehtimala görə, futbolçunun dizində burxulma olub. Dəqiq diaqnoz tibbi müayinədən sonra qoyulacaq.

Qeyd edək ki, Morata cari mövsüm geridə qalan 2 turda 1 qola imza atıb.