“Qranada” klubu İspaniya La Liqasının ilk turunda “Vilyarreal”la qarşılaşıb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, 4:4 hesabıyla başa çatan qarşılaşmada bir qol vuran “Qranada”nın futbolçusu Roberto Soldado yeni uğura imza atıb.
Belə ki, komandasının 3-cü qolunun müəllifi olan hücumçu, İspaniya La Liqasında 6 fərqli komanda ilə qol vurmağı bacaran ilk futbolçu olub.
Soldado, “Qranada”dan əvvəl İspaniyada “Real”, “Valensiya”, “Xetafe”, “Osasuna” və “Vilyarreal” klublarında forma geyinib.