"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə istefa verə bilər.
Offsideplus.az xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis rəhbərliyin transfer siyasətindən narazıdı.
Zizu konkret olaraq "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın alınmasını istəyir. Lakin klub prezidenti Florentino Peres bu keçidə qarşıdı. Bu səbəbdən baş məşqçi ilə prezident arasında münasibətlər soyuyub. İddiaya görə, Poqba "transfer pənrəcəsi"nin son gününə qədər alınmasa, Zidan istefa verəcək.
Qeyd edək ki, ötən ilin yayında "Real"dan ayrılan Zinəddin Zidan bir neçə ay sonra qayıtmışdı. (matc.az)