“İnter” və “Milan”ın sabiq futbolçusu Salli Muntari karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı havbek “Deportivo” ilə anlaşıb.
Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Muntari fevralın 9-dan La Korunya təmsilçisinin düşərgəsində idi.
Qanalı havbek ilk dəfə bir ispan klubunun formasını geyinəcək. Onun son klubu İtaliyanın B Seriyasında mübarizə aparan “Peskara” olub.