“Barselona” klubu futbolçusu ilə müqaviləsini yeniləyib.

Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, söhbət Serji Robertodan gedir.

Yeni anlaşma 2022-ci ilin iyununa kimi nəzərdə tutulub. Müqavilədə futbolçunun sərbəst qalma qiyməti 500 milyon avro göstərilib. Onun əvvəlki qiyməti isə 40 milyon avro idi. Müqavilə yanvarda razılaşdırılsa da, fevralın 22-də rəsmiləşib.

“La Masia” akademiyasından məzun olan Roberto “Barselona”nın əsas komandasında 2010-cu ilin noyabrında debüt edib. 25 yaşlı havbek ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsində PSJ-nin qapısına tarixi qol vurmuşdu.

5a8ecb2d655b8.jpg