İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Boyan Krkiç karyerasını Kanada klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı serb əsilli ispaniyalı hücumçu MLS-də çıxış edən "Monreal" ilə 1,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Krkiç 2014-cü ildən İngiltərənin "Stok Siti" klubunda çıxış edirdi.