"Real" klubunun futbolçusu Naço Fernandes komandada qalmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi matçlarda start heyətdə az oynamağına baxmayaraq, Madrid klubundan ayrılmayacaq. İspan oyunçunun ona dəstək olan baş məşqçi Zinəddin Zidana özünü yaxşı tərəfdən göstərməyə çalışacağı və start heyətdə oynamaq üçün rəqabət aparacağı bildirilib.
Qeyd edək ki, Naço ilə "Sevilya" və "İnter"in maraqlandığı iddia olunur.