"Ayntraxt"ın hücumçusu Luka Yoviçin karyerasını "Real"da davam etdirəcəyi dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, Madrid təmsilçisi həm futbolçunun özü, həm də klubu ilə hərtərəfli anlaşıb. Transferin rəsmən açıqlanması isə Bundesliqanın son turuna görə yubanır. "Ayntraxt"la "Bavariya"nın mayın 18-də keçiriləcək qarşılaşmasından sonra - gələn həftə transfer bəyan ediləcək. Bu keçid ispanlara 60 milyon avroya başa gələcək. Bunun 48 milyonu "Ayntraxt"a, 12 milyonu isə serbiyalı forvardın keçmiş klubu "Benfika"ya çatacaq.
Qeyd edək ki, Luka Yoviç bu mövsüm Bundesliqada meydana çıxdığı 31 oyunda 17 qol vurub, 5 assist edib.