İspaniya La Liqasını tərk edəcək ilk klub bəlli olub. 

Offsideplus.az xəbər verir ki, 36-cı turda səfərdə “Levante”yə 1:4 hesabı ilə məğlub olan “Rayo Valyekano”nun Sequndaya düşəcəyi dəqiqləşib.

Komanda mövsümün bitməsinə 2 tur qalmış 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb. Aktivində 31 xalı olan Madrid təmsilçisinin 17-ci pillədə qərarlaşan və 1 oyun az keçirən “Jirona”ya çatması mümkünsüzdür.