"Mançester Yunayted" klubunun fransalı futbolçusu Pol Poqba "Real"a keçməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki,  dünyaca məşhur "AS" nəşri  26 yaşlı futbolçunun "Real"la şəxsi müqavilənin şərtləri barədə razılığa gəldiyini yazıb. İddiaya görə, ulduz futbolçu vergi xərcləri çıxıldıqdan sonra Madrid klubunda ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, "Mançester Yunayted"lə 2021-ci ilin yayına qədər müqaviləsi olan Poqba bu mövsüm 44 oyunda 16 qol vurub, 11 dəfə isə məhsuldar ötürmə edib