"Barselona” Jordi Alba ilə müqavilə müddətini uzadıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya millisinin üzvü ilə 5 illik razılıq əldə olunub. O, 2024-cü ilin 30 iyununadək "Barselona"ya məxsus olacaq. 30 yaşlı müdafiəçinin sərbəst qalma maddəsi 500 milyon avroya qaldırılıb.
Qeyd edək ki, Jordi Alba 2012-ci ildə "Valensiya"dan "Barselona”ya 14 milyon avroya transfer olunub. Cari mövsümdə 36 oyuna çıxan futbolçu 2 qol vurub və 14 məhsildar ötürmə edib.