"Real"da qalıb-qalmayacağı müzakirə olunan Luka Modriç yekun qərarını verib.

Offsideplus.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi "kral klubu"ndan ayrılmayacaq. Artıq tərəflər arasında müqavilə müddətinin uzadılması ilə bağlı razılıq əldə olunub. Yeni anlaşmaya əsasən, 33 yaşlı futbolçu 2021-ci ilin yayına qədər Mədrid təmsilçisinin formasını geyinəcək.

Klubun prezidenti Florentino Peres yerli mətbuata açıqlamasında Modriçin karyerasını "Real"da bitirməsini istədiyini söyləyib. F. Peres bunun üçün yarımmüdafiəçinin maaşının qaldırılacağını bildirib. İddiaya görə, məhz bundan sonra futbolçu "Real"da qalmağa razılıq verib.

Qeyd edək ki, Modriçin "Real"la hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.