"Real" İspaniya La Liqasının fevral ayı üçün təqvimindən narazı qalıb.

Offsideplus.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid  klubu hesab edir ki, cədvəl "Barselona"nın xeyrinə təşkil edilib. Çünki Kataloniya təmsilçisi İspaniya kubokunda yarımfinalın hər iki oyunu  öncəsi “Real"la müqayisədə 1 gün çox istirahət edəcək.

Fevralın  6-sı kubokdakı ilk "El-Klassiko"dan əvvəl ölkə  çempionatında "Barselona" fevralın 2-si "Valensiya" ilə qarşılaşıb. "Kral klubu" isə 1 gün sonra "Alaves"lə oynayıb. Analoji vəziyyət fevralın  27-i keçiriləcək kubokun cavab  görüşü öncəsi də olacaq. "Barselona" həmin matçdan 4 gün əvvəl "Sevilya"nın qonağı olacaq. Növbəti gün isə "Real" "Levante" ilə qarşılaşacaq.