Madrid "Real"ının əsas qapıçısı Tibo Kurtua zədələnib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı qolkiperə sol qabırğalarla qarın arasında olan əzələnin zədəsi diaqnozu qoyulub. Onun bərpa müddəti barədə məlumat verilməyib.
Belçikalı qapıçının təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.